Taliban amerikalı jurnalistləri öldürdü – FOTOLAR
Bizi izləyin

Dünya

Taliban amerikalı jurnalistləri öldürdü – FOTOLAR

Əfqanıstanın cənubunda yerləşən Helmand şəhərində Taliban silahlı qruplaşmasının həyata keçirdiyi hücum zamanı 2 amerikalı jurnalist həyatını itirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Talibanın hücumu nəticəsində ABŞ-ın beynəlxalq radiosunun foto müxbiri David Gilkey və onun tərcüməçisi, müstəqil jurnalist Zabiullah Tamana öldürülüb.

Helmand şəhərindəki Əfqanıstan hərbi qüvvələrinin sözçüsü Şekil Ahmet isə bildirib ki, jurnalistlər D.Gilkey və Z.Tamana Leşkergahdan Marcehə gedən Taliban qüvvələrinin Əfqanıstan ordusunun hərbi karvanına qəfil hücumu zamanı həlak olublar: “Amerikalı jurnalistlərin əyləşdiyi hərbi avtomobil Taliban silahlılarının raket atəşi ilə vurulub. Həmin hücum zamanı 2 əfqan hərbiçisi də həyatını itirib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm