Tramp və Klinton ən böyük qələbələrini qazandılar
Bizi izləyin

Dünya

Tramp və Klinton ən böyük qələbələrini qazandılar

Respublikaçılar Partiyasından ABŞ prezidenti postuna faktiki yeganə iddiaçı Donald Tramp və demokratların nümayəndəsi, keçmiş dövlət katibi Hillari Klinton “super çərşənbə”də öz üstünlüklərini möhkəmləndiriblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda CBS News kanalı bildirib.

Prezident postuna iddiaçılar bununla da ilkin seçkilərdə ən böyük müvəffəqiyyətə nail olublar.

İyunun 7-də Nyu-Cersi, Nyu-Meksika, Cənubi Dakota, Montana, Kaliforniya və Şimali Dakota ştatlarında praymeriz keçirilib. Tramp bütün ştatlarda qalib gəlib. Klintion isə altı ştatdan dördündə üstünlük qazanıb. Onun rəqibi, Vermont ştatından senator Berni Sanders Montana və Şimali Dakota ştatlarında qələbə qazanıb.

ABŞ prezidenti Barak Obama “super çərşənbə”nin nəticələrinə görə Klintonu təbrik edib.

ABŞ-da prezident seçkiləri 8 noyabrda keçiriləcək. İyulda ölkənin hər iki aparıcı partiyası milli qurultaylarını keçirəcək və namizədlər təsdiqlənəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm