Ankaradan Berlinə “soyqırım” CAVABI: “Patriot” əvəzinə “MEADS” - FOTOLAR
Bizi izləyin

Dünya

Ankaradan Berlinə “soyqırım” CAVABI: “Patriot” əvəzinə “MEADS” - FOTOLAR

Türkiyənin Kahramanmaraş bölgəsindəki “Qazi Kışlası” ərazisində NATO-nun yeni hava hücumundan hərbi müdafiə sistemi qurulur.

Publika.az xəbər verir ki, sözügedən sistem 2015-ci ildə Türkiyədən çıxarılan NATO-nun Almaniyaya məxsus “Patriot” zenit-raket kompleksləri əvəzinə bərpa edilir. Ancaq bu dəfə Almaniya “Patriot”ları əvəzinə, İtaliya Hərbi hava Qüvvələrinə məxsus müasir “Medium Extended Air Defense System (MEADS)” sistemləri Türkiyə-Suriya sərhədində yerləşdirilir. Sözügedən sistem Suriyadan və digər region dövlətlərindən gözlənilən hərbi hava hücumların qarşısı almaq məqsədi daşıyır.

Artıq sözügedən sistemlərin Türkiyə ərazisində yerləşdirilməsi prosesinə başlanılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm