Rusiya qoşunları Belarus sərhədinə cəmlənib
Bizi izləyin

Dünya

Rusiya qoşunları Belarus sərhədinə cəmlənib

“Belarus ilə sərhəddə Rusiya qoşunlarının yerini dəyişdirməsi Ukraynada radikalizmin artması ilə bağlıdır”.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Minskdəki səfiri Aleksandr Surikov bildirib.

Onun sözlərinə görə, Rusiya qoşunlarının yerini dəyişdirməsindənbelaruslar ehtiyat etməməlidir.

“Ukraynada radikalizm yenidən yüksəlməyə başlayıb. Orada “Sağ sektor” xüsusiyyətində yeni və daha radikal güclər formalaşdırılır. Ukraynada müharibə partiyası yenidən üstün olmağa başlayır. Amma biz istəməzdik ki, bu olsun. Buna görə də qabaqlayıcı tədbirlər qəbul edilir”, - diplomat deyib.

İyunun 2-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya silahlı qruplaşmaları Belarus sərhədində gücləndirilib. Həmin gün KİV yazıb ki, Bryansk vilayətinin qərbinə 28-ci motoatıcı briqada köçürülüb. Bu xəbər Belarusda narahatlıq yaradıb. Saytlardan birində informasiya çıxdı ki, motoatıcı briqada Ukraynaya deyil, məhz Belarusa tuşlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm