Sevdiyi oğlana qoşulub qaçan qadın yandırılıb
Bizi izləyin

Dünya

Sevdiyi oğlana qoşulub qaçan qadın yandırılıb

Ailəsinin icazəsi olmadan evləndiyi üçün anası tərəfindən yandırıldığı iddia olunan pakistanlı qadın dəfn edilib.

Publika.az BBC-yə istinadən xəbər verir ki, ailəsi onun cəsədinə sahib çıxmadığından Zinət Rafiq ərinin qohumları tərəfindən dəfn edilib.

Anasının isə həbs edildiyi bildirilir. Bu, Pakistanda son bir ay ərzində baş vermiş üçüncü belə hadisədir. Mühafizəkar evlilik ənənələri olan ölkədə qadınlara qarşı hücum geniş yayılıb.

Polisin bildirdiyinə görə 18 yaşlı Zinət Rafiqin bədənində işgəncə izləri olub. Onun üzərinə yanacaq tökülərək od vurulub.

Onun yandırılarkən sağ olub-olmadığı aydın deyil. Müayinənin nəticələri hələlik məlum deyil.

Zinət Rafiq bir həftə əvvəl qoşulub qaçdığı Həsən Xanla evlənib. Onlar Həsən Xanın valideynləri ilə birgə yaşayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm