Aktobedə küçə döyüşlərinin görüntüləri yayıldı - VİDEOLAR - (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Aktobedə küçə döyüşlərinin görüntüləri yayıldı - VİDEOLAR - (YENİLƏNİB)

Qazaxıstanın Aktobe şəhərində iyunun 5-də törədilən terror hücumlarında iştirak edən şəxslərin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyat keçirilib.

Publika.az yerli “Diapazon” nəşrinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətindən bildirilib.

Terrorçular növbəti dəfə silah mağazasına hücum ediblər. Güc strukturları yerli sakinləri təxliyyə ediblər. Məlumata görə, ərazidə gizlənən terrorçular təslim olmaq təklifinə silahlı müqavimətlə cavab veriblər. “Xüsusi əməliyyat “Panter” mağazasının ətrafında gecə saatlarından keçirilib”, - “Diapazon” yazıb.

Nəşrin mənbəyinin məlumatına görə, əməliyyat cinayətkarların “Otırar” mağazasına hücumundan sonra başlanıb.

“Sonra xüsusi əməliyyat yerini “Panter” silah mağazasının yerləşdiyi rayona dəyişib. Burada xüsusi təyinatlı dəstə işləyib, zirehli texnika cəlb edilib. Hücum edənlərin dəqiq sayı məlum deyil”, - materialda deyilir.

Milli Təhlükəsizlik Komitəsindən bildirilib ki, dinc əhali üçün heç bir təhlükə yoxdur və təhlükəsizlik təmin edilib.

“Tengrinews.kz” saytı isə komitənin mətbuat xidmətinə istinadən bildirib ki, xüsusi əməliyyatın gedişatında 4 terrorçu məhv edilib. Qeyd edilir ki, dinc əhali və güc strukturlarının əməkdaşları arasında zərər çəkənlər yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm