Rusiya Almaniya sərhədlərinə çıxacaq – “Böyük müharibə” XƏBƏRDARLIĞI
Bizi izləyin

Dünya

Rusiya Almaniya sərhədlərinə çıxacaq – “Böyük müharibə” XƏBƏRDARLIĞI

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko Rusiyanın Avropaya mümkün irəliləyişinin qarşısını almaq üçün onu Ukrayna sərhədlərinin yaxınlığında dayandırmağa çağırıb.

Publika.az xəbər verir ki, o, bu barədə Britaniyanın “The Telegraph” qəzetinə müsahibəsində deyib.

“Bu, bir müddət sonra Avropa və ya Amerika üçün narahatlıq yarada bilər. Onlar anlamalıdır ki, əgər Rusiya Ukrayna sərhədlərində dayandırılmasa, o halda o növbəti dəfə Polşa və ya Almaniyanın sərhədlərində olacaq”, - Savçenko bildirib.

Onun sözlərinə görə, qərb ölkələri daha dəqiq mövqe nümayiş etdirməli və Rusiyaya göstərməlidir ki, Moskvanın iştahası gec-tez azaldılacaq.

ABŞ və Avropanın Ukraynaya silahı çatdırmaqdan imtina etməsini xatırladan Ali Radanın üzvü hesab edir ki, Qərb bu məsələdə öz yanaşmasını dəyişdirməlidir. Eyni zamanda Savçenko mümkün risklər haqqında xəbərdarlıq edib: “Bu məsələdə çox ehtiyatlı olmaq lazımdır. Çünki sizin bir neçə kəskin hərəkətiniz böyük müharibəyə gətirib çıxara bilər”.

Savçenko iyunun 8-də Ukraynanın “112” telekanalının efirində çıxış edərək xəbərdarlıq edib ki, III Dünya Müharibəsi başlanacağı halda Ukraynanın ərazisi döyüş meydanına çevriləcək.

Xatırladaq ki, Donetsk vilayətində rusiyalı jurnalistləri öldürməkdə ittiham olunan Savçenko mart ayında Rusiya məhkəməsi tərəfindən 22 il azadlıqdan məhrum edilmişdi. O, mayın 25-də azad edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm