Dünyanın 10 ən ağıllı milləti hansıdır?
Bizi izləyin

Dünya

Dünyanın 10 ən ağıllı milləti hansıdır?

Dünyanın 10 ən ağıllı milləti hansıdır?

Bir millətin dahiliyini müəyyən etmək üçün istifadə edilə bilən əsas göstəricilərdən biri də ölkə nümayəndələrinin qazandıqları Nobel mükafatıdır. Nobel laureatlarının ümumi sayı 876-dır. Nobel laureatlarının sayı bu və ya digər ölkənin dünya arenasında intellektuallığını təmsil edir.

İtaliya: 20 Nobel laureatı

Mikelancelo, Qaliley, Makiavelli və bütün tarixlərin ən ağıllı insanı Leonardo da Vinçi Nobel mükafatını qazanmaq üçün gecikiblər. Onlar çox keçmişdə yaşayıb. Lakin italiyanlar bir neçə sahədə irəliləyişlər edərək mükafata yiyələniblər.

Avstriya: 21 Nobel laureatı

Siyahıda 9-cu yerdə qərarlaşan Avstriya ölkədə adambaşına düşən mükafata görə dünyada 7-ci yerdədir.

Kanada: 22 Nobel laureatı

Kanadaya 1921-ci ildə insulini kəşf etmiş tibb qəhrəmanı Frederik Bantinqə görə minnətdar olmalıyıq. Kanadadan mükafat alan laureatlar daha çox kimya sahəsində etdiyi nailiyyətə görə alıblar.

Rusiya: 23 Nobel laureatı

Puşkin və Dostoyevskisiz də Rusiya ədəbiyyat sahəsində Nobel mükafatını əminliklə ala bilib.

Lakin Rusiyanın Nobel mükafatı daha çox kvant elektronikası, elektromaqnit şüa, yarımkeçiricilər və bu kimi insanların az qavraya biləcək sahədə uğurları var.

İsveçrə: 25 Nobel laureatı

İsveçrə adambaşına düşən Nobel mükafatına görə 5 dəfə Kanadanı və 15 dəfə Rusiyanı qabaqlayır. Mükafatçılar içərisində Albert Eynşteyni göstərə bilərik. Almaniyada doğulmasına baxmayaraq, o, bir çox elmi kəşflərini İsveçrədə edib.

İsveç: 29 Nobel laureatı

İsveç Albert Nobelin vətənidir və İsveç Kral Elmlər Akademiyasının qərargahı məhz burada yerləşir və buna görə də ölkə ilk beşliyə düşə bilib.

Fransa: 59 Nobel laureatı

Ənənəvi olaraq Fransa incəsənət, fəlsəfə və ədəbiyyat sahəsində lider hesab olunur.

Almaniya: 104 Nobel laureatı

Almaniyadan olan alimlər Nobel mükafatını müxtəlif sahələrdən alır. Məsələn, 1918-ci ildə Maks Plank kvant nəzəriyyəsi, Verner Heyzenberq isə kvant mexanikasına görə alıb.

Böyük Britaniya: 121 Nobel laureatı

Böyük Britaniya alimləri Nobel mükafatının əsası qoyulan vaxtdan bəri hər il mükafata layiq görülür.

ABŞ: 356 Nobel laureatı

Nobel mükafatına layiq görülmüş alimlərin üçdə biri ABŞ əsilli olur. Adambaşına düşən mükafat sayına görə ABŞ digər ölkələri də geridə qoyub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm