Leysan yağışları Tbilisidə evlərə ciddi ziyan vurub
Bizi izləyin

Dünya

Leysan yağışları Tbilisidə evlərə ciddi ziyan vurub

Bir neçə gündür Gürcüstan ərazisində yağan dolu və güclü yağışlar paytaxt Tbilisidə yenidən fəlakətə səbəb olub.

Paytaxtın Nadzaladevski rayonunun Leçxumi küçəsində yaşayış binasının istinad divarları uçub. Xəsarət alan olmasa da dörd ailə evsiz qalıb.

Paytaxtın Niçubidze küçəsində isə yaşayış binasının divarları uçub. Evin fasad hissəsi də yararsız vəziyyətə düşüb.

Xoşbəxtlikdə burada da xəsarət alan olmayıb. Bir neçə ailə evsiz qalıb.

Sakinlərin sözlərinə görə, paytaxtda güclü yağışlar nəticəsində köhnə tikililərin özülləri, istinad divarları yararsız hala düşüb. Təhlükəli binaların sayı isə çoxdur.

Bəzi sakinlər təbii fəlakətin miqyasının daha da böyüməsindən narahatdırlar. Onlar bildirirlər ki, 2015-ci il iyunun 13-də gecə saatlarında yağan güclü leysan yağışları nəticəsində Tbilisi zooparkı su altında qalmışdı. Bu cür bədbəxt hadisələr yenə də təkrar oluna bilər.

Qeyd edək ki, bir neçə gündür aramsız yağan leysan yağışları və dolu nəticəsində Gürcüstanın bölgələrinə də ciddi ziyan dəyib. Bəzi ərazilərdə əkin sahələri su altında qalıb, meyvə bağlarına və infrastruktura ciddi ziyan dəyib.

Yağışlar isə davam edir.

Gürcüstanın müvafiq strukturları fəlakətin böyüməsinin qarşısını almaq məqsədilə iyunun 10-da toplardan istifadə edərək yağış buludlarını dağıdıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm