Qəddafinin doğma şəhəri İŞİD-dən azad olunub
Bizi izləyin

Dünya

Qəddafinin doğma şəhəri İŞİD-dən azad olunub

İŞİD terror təşkilatı Liviyada ən böyük istinadgahı olan Sirt limanına nəzarəti itirib. ANS PRESS-in məlumatına görə, liman Liviya hökumət qüvvələrinin hərbi əməliyyatları nəticəsində azad edilib.

Məlumata görə, hazırda İŞİD silahlıları limanın mərkəzində mühasirədədirlər. Hökumət qüvvələrinin rəsmisi general Muhammed əl-Qusri deyib ki, İŞİD liderlərindən biri Liviyanın cənubuna doğru qaçıb.

Top atəşləri ilə İŞİD-in konfrans mərkəzi kimi istifadə etdiyi bina dağıdılıb. Silahlılar da əməliyyatlar zamanı hökumət qüvvələrinə qarşı müqavimət göstəriblər. Silahlı toqquşma nəticəsində 2 əsgər həyatını itirib, 8-i isə yaralanıb.

Sirt liman şəhəri İŞİD terror təşkilatının Suriya xaricində yerləşən ən böyük istinadgahı idi.

r

Liviyanın keçmiş lideri Muammər Qəddafinin anadan olduğu şəhərdə 2011-ci ildə NATO-nun dəstəyi ilə həyata keçirilən hərbi əməliyyatlardan sonra xaos hökm sürür.

Ümumiyyətlə, İŞİD terror təşkilatı son vaxtlar Liviya ilə yanaşı Suriya və İraqda da mövqelərini itirir. Bir müddət əvvəl Rusiya Suriyanın Palmira şəhərini silahlılardan təmizləyib. Həmçinin ABŞ-ın başçılıq etdiyi koalisiya Suriya və İraqda terrorçulara qarşı uğurlu əməliyyatlar keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm