Yunan nazir: “Türkiyə ilə müharibəyə başlamalıyıq...”
Bizi izləyin

Dünya

Yunan nazir: “Türkiyə ilə müharibəyə başlamalıyıq...”

“Türkiyə hələ 21-ci əsrə və müasir sivilizasiyaya daxil olmayıb”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ana Sofya məcsidi ətrafında yaranana qalmaqalı şərh edən Yunanıstanın xarici işlər naziri Nikos Kotzias deyib.

“Türkiyə 21-ci əsrə girməyib. O belə hərəkətlərlə müasir sivilizasiyanın səviyyəsində olmadığını göstərir”, - Yunanıstan Xarici İşlər Nazirliyinin başçısı “Mega” telekanalına bildirib.

Nazir eyni zamanda Yunanıstan Xarici İşlər Nazirliyinin bu məsələdə kifayət qədər ciddi çıxış etmədiyi barədə fikri ilə razılaşmayıb. “Əgər siz hesab edirsinizsə ki, biz Türkiyə ilə müharibəyə başlamalıyıq, bizə bildirin”, - o, aparıcıya deyib.

Kotzias bildirib ki, Ankaranın xarici siyasətində əsəbilik özünü göstərir: “Türkiyə xarici siyasətdə planlarını həyata keçirə bilmədi. Onun Misirlə münasibətləri pisdir, onlar hətta danışmırlar. İsraillə münasibətlər yaxşı deyil, Suriya ilə müharibə vəziyyətindədir və İraqda müharibədə iştirak edir. Ermənistanla münasibətlər pisdir, Rusiya ilə qarşıdurmada vəziyyətindədir, Kipr problemi həll edilməyib”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, Yunanıstanın siyasətində “qırmızı xətlər” mövcuddur və Afina geri çəkilmək niyyətində deyil.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın bir neçə gün əvvəl Ramazan ayında Ayasofya məscidində hər gün Quranın oxunacağını bəyan etməsi Afina tərəfindən sərt qarşılanıb.

Daha əvvəl isə Yunanıstanın Xarici İşlər Nazirliyi Ayasofyada Ramazan ayı boyunca Quranın oxunması ilə bağlı Türkiyə hakimiyyətinin qərarını pisləyib. Nazirlik ümumdünya mədəni irsə daxil olan abidədə müsəlman mərasimlərinin icrasını “anlaşılmayan, hörmətsizlik və reallıqla əlaqəsi olmayan” adlandırıb.

Qeyd edək ki, XV əsrdə Osmanlı imperiyası dönəmində Ayasofya kilsəsi məscidə çevrilib. Lakin 1935-ci ildə Atatürk məbədin türklər və xarici turistlər tərəfindən rahat ziyarət edilməsi məqsədilə kilsənin muzey kimi fəaliyyət göstərməsi barədə fərman imzalayıb. Aya Sofya YUNESKO-un Ümumdünya mirasının siyahısına daxil edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm