“Wikileaks”dən Trampa “döyüş sursatı” – Klintonu vuracaq
Bizi izləyin

Dünya

“Wikileaks”dən Trampa “döyüş sursatı” – Klintonu vuracaq

“Wikileaks” saytının banisi Culian Assanj ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun elektron məktublarının növbəti seriyasını dərc edəcək.

Publika.az “Guardian” qəzetinə istinadən xəbər verir ki, bu haqda Assanjın özü bildirib.

“WikiLeaks” banisi məktubların nə vaxt dərc ediləcəyini dəqiqləşdirməyib.

Britaniya nəşri hesab edir ki, “WikiLeaks” məlumatları Klintonu açıq tənqid edən respublikaçı milyarder, ABŞ prezidenti postuna namizəd Donald Tramp üçün “yeni döyüş sursatı” ola bilər.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Klinton barəsində araşdırma aparır. Araşdırma Klintonun şəxsi elektron ünvanından məxfiləşdirilmiş informasiyaları göndərməklə federasiya qanununu pozub-pozmadığını müəyyən etməlidir.

Qeyd edək ki, xidməti yazışma üçün Klintonun şəxsi serverindən istifadə etməsi ABŞ-da ciddi tənqidlərə səbəb olub. Tənqidçilər bildiriblər ki, məxfi yazışmalar hakerlərin əllərinə düşə bilərdi. Məktublar 2009-2013-cü illərdə aiddir.

Tənqidlərdən sonra Klinton özünün 55 mindən çox elektron yazışmasını Dövlət Departamentinə verib. O, eyni zamanda təxminən 31 min səhifəni silib. Klinton onların işlə bağlı olmadığını və şəxsi informasiyadan ibarət olduğunu söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm