Rusiyadan Fransaya yaxşı hazırlanmış döyüşçülər gəlib - İDDİA
Bizi izləyin

Dünya

Rusiyadan Fransaya yaxşı hazırlanmış döyüşçülər gəlib - İDDİA

Fransanın Marsel şəhərinin prokuroru Bris Roben rusiyalı azarkeşləri “yaxşı hazırlanmış döyüşçü” adlandırıb.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, prokuror bu haqda mətbuat konfransında bildirib.

O, qarşıdurmalarda “döyüş keyfiyyətləri”nə malik 150 rusiyalı azarkeşin iştirak etdiyini deyib.

Qeyd edək ki, Marseldə son günlərdə müxtəlif ölkələrin azarkeşləri arasında toqquşmaların seriyası olub. Ən böyük toqquşmalar Rusiya və ingilis azarkeşlər arasında baş verib. Roben qeyd edib ki, 35 zərərçəkənin böyük əksəriyyəti britaniyalılardır. Bir ingilis azarkeşin vəziyyəti kirtikdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm