Tramp müsəlman icmasından radikalları tələb etdi
Bizi izləyin

Dünya

Tramp müsəlman icmasından radikalları tələb etdi

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədi Donald Tramp ölkənin müsəlman icmasından radikalları hakimiyyətə verməyə tələb edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Tramp bu haqda “Fox News” telekanalının efirində bildirib.

“Onlar radikalları hakimiyyətə verməyə məcburdur”, - milyarder deyib.

Trampın sözlərinə görə, ABŞ-da minlərlə insan nifrət xəstəliyinə tutulub və terror aktları həyata keçirməyi fikirləşir. Respublikaçıların namizədi həmçinin elan edib ki, bu gün terrorizmlə mübarizəyə həsr edilmiş nitqlə çıxış edəcək.

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubuna hücum olub. Hücumda 50 nəfər ölüb, 53-ü yaralanıb. Gecə klubuna hücum edən əfqan əsilli Ömər Matinin İŞİD terror təşkilatı ilə əlaqəsinin olduğu bildirilir. Qruplaşma verdiyi açıqlamada hücuma görə məsuliyyəti üzərinə götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm