Nurçulara qarşı yeni əməliyyat – Düyməyə basıldı
Bizi izləyin

Dünya

Nurçulara qarşı yeni əməliyyat – Düyməyə basıldı

Nurçulara qarşı yeni əməliyyat – Düyməyə basıldı

Türkiyədə 30 Mart seçkiləri geridə qalıb, amma hökumət ilə Gülən camaatı arasındakı gərginlik bitmiş deyil.

“ Reuters”də nəşr olunan bir analiz yazısına görə, iki tərəfin döyüşündə yeni bir raund başlayıb, o cəbhə xaricə uzanır.Xəbərə görə, hökumət Gülən hərəkətinin xaricdəki məktəbləri və bank şöbələri üçün hərəkətə keçib.

Publika.Az xəbər verir ki, Gülən hərəkatının 160 ölkədə 2 min təhsil təsisi var. Afrika ölkəsi Qambia bu hücumdan ilk təsirlənən ölkələrdən.

Qambiyada Gülən camaatına aid Yavuz Sultan Səlim məktəbində uşaqlarını oxudanlar, məktəbin bağlanılacağına dair xəbər məktubu alıblar. Məktəb, texniki təchizatı və ingiliscə təhsiliylə, Gülən məktəbləri arasında ən məşhur olanlardandır.

Jurnalistlər və Yazarlar Vəqfi İdarə heyəti üzvü Tercan Əli Baştürkə görə, digər ölkələrdəki məktəblər də bu qərarlara məruz qala bilər.Bu məqamda ölkə səfirliklərinin Ankaraya necə bir cavab verəcəyi əsasdır. Qambiya kimi Ankaradan birbaşa köməklə ayaqda qalan ölkələrin, bağlanma tələbinə etiraz etmə gücü daha azdır.

Bir başqa hücum da banklarla əlaqədardır. Xidmət hərəkatına bağlı olan “Bank Asya”dan toplu depozit çəkilişləri başlayıb. Mətbuatda çıxan xəbərlərə görə, bankdakı depozitlərin yüzdə 20-i geri çəkilib.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm