ABŞ məhkəməsindən İstanbul bankına İTTİHAM: “İŞİD-ə vəsait ötürür” - FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ məhkəməsindən İstanbul bankına İTTİHAM: “İŞİD-ə vəsait ötürür” - FOTOLAR

ABŞ məhkəməsi “Ajmi Kuveyt” bankının İstanbuldakı filialına qarşı sensassion ittiham irəli sürüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ittihama görə Küveytdən olan neft milyarderi Hajjaj al-Ajmi sözügedən bank üzərindən “El-Nusra” və İŞİD terror təşkilatlarına pul və silah yardımları etməkdə günahkar bilinir.

Kaliforniyanın “Weiss” hüquq bürosu tərəfindən açılan məhkəmə davasına görə, Hajjaj al-Ajmin külli miqdarda vəsaiti Türkiyə üzərindən terror təşkilatlarına ötürüb.

İddialara görə, Hajjaj al-Ajmi Suriyadakı qaçqınlara kömək adı ilə “Ajmi Kuveyt” bankının İstanbuldakı filialı üzərindən yardım vəsaiti toplanılması ilə bağlı hesab da açdırıb.

Həmin hesaba ödənilən vəsaitlər isə əslində Suriyalı qaçqınlara deyil, silahlı terror təşkilatlarına ötürülüb.

Məhkəmə sözügedən məsələ ilə bağlı bank hesablarını da ictimaiyyətə açıqlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm