• USD 1,7000 0,00% EUR 2,0009 0,00%
    • GBP 2,3392 0,00% RUB 0,0231 0,00%

“Tək qurd” strategiyası – İŞİD-in ŞOK PLANI

  • Dünya
  • 14 İyun 2016 20:26
  • 1 261 Baxış
“Tək qurd” strategiyası – İŞİD-in ŞOK PLANI

ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubuna edilən və 50 nəfərin ölümünə səbəb olan hücum “tək qurd” xarakteri daşımasına baxmayaraq, bu İŞİD-in strategiyasının bir parçasıdır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda “New York Times” qəzetinin İŞİD və “Əl-Qaidə” üzrə mütəxəssisi Rukmini Kallimaçi bildirib.

Onun sözlərinə görə, hücum təşkilatın mərkəzində planlaşdırılmasa da hadisənin “İŞİD hücumu” olaraq xarakterizə edilməsi doğrudur. Mütəxəssis qeyd edir ki, İŞİD-in son iki ildə ABŞ kimi okeanın o tərəfində olan ölkələrdə təşkil etdiyi hücumlar “tək qurd” strategiyasına söykənir.

Kallimaçi qeyd edir ki, İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnanı 2014-cü ildə “tək qurd” hücumlarını təşviq edərək təşkilatın tərəfdarlarına kimsədən icazə almağa ehtiyac olmadığını söyləmişdi.

“Bu qanlı təbliğat “Twitter” və “Facebook” kimi sosial şəbəkə saytlarının köməyilə geniş kütlələrə çatdırıldı".

Məlumata görə, gecə klubuna hücum edən 29 yaşındakı Ömər Matin hücumdan əvvəl 911 xidmətinə zəng edərək İŞİD-ə sədaqət andını içib.

Ömər Dağlı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR