Belçika və Fransaya İŞİD terroru XƏBƏRDARLIĞI
Bizi izləyin

Dünya

Belçika və Fransaya İŞİD terroru XƏBƏRDARLIĞI

Belçika xüsusi xidmət orqanları hüquq-mühafizə orqanlarına İŞİD terror qruplaşmasının Belçika və Fransada terror aktları törədə biləcəyi barədə xəbərdarlıq göndərib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Derniere Heure” qəzeti yazıb.

“Döyüşçülər 3-4 gün əvvəl Türkiyə və Yunanıstan vasitəsilə Avropaya gəlmək üçün Suriyadan çıxıblar. Bu insanlar ehtimal ki, iki qrupa bölünüblər. Onlardan biri Belçikada, digəri Fransada terror aktlarını təşkil etməyi planlaşdırır. Əldə edilən kəşfiyyat məlumatlarına əsasən, bu insanlar artıq lazımı silahlarla təmin ediliblər və onların hərəkətləri qaçılmaz olacaq”, - qəzet hüquq-mühafizə orqanlarına göndərilmiş xəbərdarlıqdan bir hissəni verib.

Bundan başqa, xəbərdarlıqda deyilir ki, İŞİD döyüşçülərinin hədəfləri böyük ticarət mərkəzləri, restoranlar və ya polis bölmələri ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm