Lavrov: “Rusiya geri çəkilməyəcək”
Bizi izləyin

Dünya

Lavrov: “Rusiya geri çəkilməyəcək”

“Rusiya tərəfi Qərbin sanksiyalarının ləğvi haqqında məsələ qoymayacaq və özünün xarici siyasət məsələlərini reallaşdırmaqda davam edəcək”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Dövlət Dumasında çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz heç vaxt sanksiyalar mövzusunu ilk olaraq qaldırmırıq. Onların özləri danışırlar ki, Ukrayna böhranı həll edilən kimi hər şey normallaşacaq. Özlərini razı salırlar ki, Rusiyanı G8-ə qaytarmaq lazımdır. Biz bu barədə heç bir təşəbbüs etmirik, və təşəbbüs etməyəcəyik. Rusiya bizimlə tam hüquq bərabərliyi və qarşılıqlı maraqlar əsasında işləməyə hazır olan tərəflərlə əməkdaşlıqda xarici siyasət məsələlərimizi reallaşdıracağıq”, - Rusiya xarisi siyasət idarəsinin başçısı deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm