Rusiya Ermənistana S-400 raket sistemi verir? - İDDİA
Bizi izləyin

Dünya

Rusiya Ermənistana S-400 raket sistemi verir? - İDDİA

"Rusiya Ermənistana S-400 raket sistemlərini verəcək".

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti Rusiya mənbələrinə istinadən məlumat yayıb.

Qəzet iddia edib ki, 2015-ci ildə Rusiya və Ermənistan arasında bağlanan 200 milyon dollar kredit sazişi artıq yerinə yetirilməyə başlayıb.

“Bu saziş çərçivəsində nəzərdə tutulan silahların böyük hissəsi artıq Ermənistandadır. Tezliklə S-400-lər də Ermənistana veriləcək. Lakin konkret vaxtı hələ bəlli deyil. Bu haqda açıq danışmaq olmaz, çünki dövlət sirridir. Amma S-400-lər mütləq olacaq”, - deyə mənbə iddiasını davam etdirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm