Dünya
Sarkisyan sağalmaz xəstəliyə tutulub - DİAQNOZ
Aprel müharibəsindən sonra məğlub vəziyyətə düşən Ermənistanda hakimiyyət daxili qarşıdurma şiddətlənib.
Publika.az
xəbər verir ki, Ermənistanın “Qraparak” qəzeti Serj Sarkisyan
hakimiyyətinə ciddi təhlükə yarandığını yazıb: “Sarkisyanın ictimai
nüfuzunun zədələnməsindən sonra onu devirərək yerinə keçmək
istəyənlər aktivləşib. Buna görə də Sarkisyan hansısa dəyişikliyi
ilə bağlı heç kəsə danışmır, qərarları təkbaşına verir. O hər
şeydən şübhələnir və hər kəsi yoxlayır. Ətrafındakı şəxslərdən
qorxur, hətta ən yaxın ətrafına belə etibar etmir, onlardan da
gizlənir”.
Qəzet əlavə edir ki, xarici işlər naziri Edvard Nalbandyanın
Fransaya səfir göndəriləcəyi gözlənilir: “Onun yerinə isə
Sarkisyanın köməkçisi Viqen Sarkisyan gətirilir”.
Erməni KİV-nin məlumatına görə, Sarkisyan orduda generalları
təmzilədikdən sonra diplomatik xidmətə də əl atacaq. Nalbandyanın
səfir göndərilməsi ilə bağlı məlumatlar da bundan xəbər verir.
Lakin o dəyişikliklər bağlı qərarlarını hər kəsdən gizlədir və hər
kəsdən şübhələnir.
Qeyd edək ki, hər kəsdən şübhələnmək, heç kimə güvənməmək paranoya
xəstəliyinin əlamətidir. Mənası yunan dilində “havalanma” olan bu
xəstəliyin əlamətləri davamlı təqib edildiyindən, yediyi-içdiyi
yeməklərdən zəhərlənəcəyindən, yoldaşının onu aldatdığından
şübhələnməkdir. Paranoya xəstələrinin xüsusiyyətlərindən biri də
xəstəliklərini ümumiyyətlə qəbul etməmələridir. Bu xəstəlik
uşaqlıq, yaxud gənclik illərində alınan zədədən yarana bilir. Digər
tərəfdən, irsi olaraq da keçir. Pranoya xəstəliyini müalicə etməyin
yolu olsa da, ona tutulan şəxslər adətən ömürləri boyu bundan
əziyyət çəkirlər.
Asif
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI