"EgyptAir" təyyarəsinin ikinci qara qutusu tapılıb
Bizi izləyin

Dünya

"EgyptAir" təyyarəsinin ikinci qara qutusu tapılıb

Ötən ay Aralıq dənizində EgyptAir təyyarəsinin qəzaya uğradığı ərazidən ikinci qara qutu tapılıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Misir rəsmiləri məlumat yayıb.

Qeyd edək ki, Qahirədən Parisə uçan M804 sərnişin təyyarəsinin birinci qara qutusu bir gün əvvəl tapılmışdı. Təyyarənin sürəti, hansı hündürlükdə uçması və istiqaməti qeyd edilmiş ikinci qara qutu təyyarənin qırıntılarının yerini axtaran gəmi tərəfindən aşkar edilib.

Təyyarənin qalıqları və qara qutularının aşkar edilməsi təyyarənin radardan çıxma səbəblərinin müəyyən ediləcəyinə və 66 sərnişinin cəsədlərinin tapılacağına yardım edəcək.

Qəzanın səbəbi təhqiqatçılar tərəfindən araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm