Ərdoğan qəzəbləndi: “İndi də universitetləri qarışdırmaq istəyirlər”
Bizi izləyin

Dünya

Ərdoğan qəzəbləndi: “İndi də universitetləri qarışdırmaq istəyirlər”

“İndi də Türkiyədə universitet və liseyləri qarışdırmaq istəyirlər”.



Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.



Onun sözlərinə görə, Türkiyə üçün gerçək təhdid nə terror təşkilatlarının hücumu, nə maliyyə böhranı, nə də hansısa gücün düşmənliyidir: “Bizim üçün əsil təhdid məzluma, qəribə, kimsəsizə, haqsızlığa uğrayanlara əl uzadacaq taqətimizin və ya idrakımızın qalmamasıdır. Gəzi olayları baş verəndə mənə dedilər ki, Türkiyədə olanlardan narahatıq. Mən də onlara dedim ki, Fransada, Belçikada, İngiltərədə baş verənlərdən də mən narahatam. Bu sözlərim xoşlarına gəlməyib. Nə üçün? Deməli terror olanda polisinə deyirsən ki, nə lazımdırsa, elə. Türkiyədəki terrorçu yaxşı terrorçudur? Nə fərqi var?”.

Ərdoğan Türkiyə xalqını birlik olmağa çağırıb.

“Birliyimiz, bərabərliyimiz lazımdır. Bunu bacarmalıyıq. Biz bir olsaq, bütöv olsaq, qardaş olsaq bu təhdidləri yox edərik. Məktəb uşaqlarına dadananlar sabah başqa yerlərə dadanacaqlar. Hazırda bəzi universitet və liseyləri qarışdırmaq istəyirlər, amma buna icazə verməyəcəyik”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm