Daşqınlar 30 can aldı
Bizi izləyin

Dünya

Daşqınlar 30 can aldı

İndoneziyanın Yava adasında baş verən daşqınlar nəticəsində ən azı 24 nəfər ölüb, 20-dən artıq insan itkin düşüb.

Publika.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə vəziyyətlər üzrə agentliyinin nümayəndəsi Sutopo Purvo Nuqroxo məlumat verib.

"İlkin məlumatlara görə, Mərkəzi Yava əyalətində daşqın və sürüşmə 24 nəfərin ölümünə gətirib çıxarıb, daha 26 nəfər hələ də, itkin düşmüş hesab olunur", - deyə o bildirib.

Təbii fəlakət nəticəsində bir neçə yüz ev su altında qalıb. Güclü yağışlar palçıq selinə və sürüşməyə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm