Səfərbərlik elan edildi
Bizi izləyin

Dünya

Səfərbərlik elan edildi

Ölkənin şərqinə nəzarət edən Liviya parlamentinin sədri, Silahlı Qüvvələrin rəhbəri Aqil Saleh İsa ölkədə ümumi səfərbərlik elan edib.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Tobruk şəhərində yerləşən hökumətin rəhbərliyi ilə Silahlı Qüvvələr hazırda Benqazi və Acdabiya şəhərlərinə nəzarət edən “Əl-Qaidə” və İŞİD terror qruplaşmalarına qarşı fəal əməliyyatlar aparır.

A.S.İsa Silahlı Qüvvələrin Baş Qərargah rəisi Abdel-Razaka an-Nazurinin Aralıq dənizi sahili regionunun hərbi hökumətinin rəhbəri təyin edilməsi barədə də sərəncam imzalayıb. Benqazi və Acdabiya şəhərləri də bu regiondadır.

Xatırladaq ki, bu il martın 31-də baş nazir Fayez as-Saracın rəhbərliyi ilə milli razılıq hökuməti fəaliyyətə başlayıb. 2014-cü ildə seçilmiş və ölkənin şərqində hakimiyyətini qoruyan parlament hökuməti dəstəkləməyib və hökumət hələ də ölkənin bütövlüyünü bərpa edə bilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm