Fransız polisi aksiyanı dağıtmaq üçün mahnı oxudu
Bizi izləyin

Dünya

Fransız polisi aksiyanı dağıtmaq üçün mahnı oxudu

Fransa polisi irlandilaylı azarkeşlərin təşkil etdiyi aksiyanı dağıtmaq üçün maraqlı üsula əl atıb.

Axar.az xəbər verir ki, dünən Bordo şəhərində keçirilən İrlandiya-Belçika oyunundan sonra irlandiyalı azarkeşlər yağışdan qorunmaq üçün körpünün altına sığınıblar. Yolu bağlayan azarkeşlər “Stand up for French police” (Fransız polisi üçün ayağa qalx) mahnısı oxuyublar.

Xəbərdarlığa baxmayaraq, aksiyanı dayandırmayan azarkeşlərə polis maraqlı müdaxilə edib.

Polis zabitlərindən biri azarkeşlərin söylədiyi mahnının sözlərini dəyişdirərək, “Go home for French police” (Fransız polisi üçün evə qayıt) oxuyub. Polisin bu jestini alqışlarla qarşılayan azarkeşlər az sonra dağılmağa başlayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm