Jirnovski Ərdoğanla Putini barışdırır?
Bizi izləyin

Dünya

Jirnovski Ərdoğanla Putini barışdırır?

“Təyyarə qəzasından sonra pozulan Rusiya-Türkiyə münasibətlərini düzəltməyə çalışıram”.

Publika.az xəbər verir ki, bunu Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Permskaya Tribuna” qəzetinə müsahibəsində bildirib.

V.Jirinovski sözügedən problemin həll edilməsi ilə əlaqədar bu yaxınlarda Türkiyənin Moskvadakı səfiri Ümit Yardım ilə görüşdüyünü və birgə müzakirələr apardığını söyləyib: “Əgər Rusiya-Türkiyə münasibətlərini düzəldə bilsəm, bundan qürur hissi keçirəcəm. Bu, mənim üçün iftixar mənbəyi olar”.

V.Jirinovskinin bu açıqlamasına Türkiyənin Rusiyadakı səfiri Ümit Yardımın cavabı da gecikməyib. Türk səfir V.Jirinovskinin fikirlərinə hörmət bəslədiyini söyləyib: “Bəli, belə bir görüş olması barədə xəbərlər doğrudur. İyunun 3-də Jirinovski ilə görüşüm olub. Ancaq bu görüşü bəzi dairələr guya Türkiyənin Rusiya ilə barışmaq üçün vasitəçi axtarması kimi yozmamalıdır. Mən Vladimir Jirinovski ilə hazırda Rusiya parlamentində təmsil olunan üçüncü ən böyük partiya olan Liberal-Demokrat Partiyasının sədri kimi görüşmüşəm. Görüş zamanı Türkiyənin Rusiya üçün olan əhəmiyyətini bildirmişəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm