“Rusiya müharibəyə hazırlaşır” - PROQNOZ
Bizi izləyin

Dünya

“Rusiya müharibəyə hazırlaşır” - PROQNOZ

“Rusiya ordusunun genişmiqyaslı yenidən silahlanması, həmçinin müasirləşməsi prosesi ölkənin müharibəyə hazırlaşdığını göstərir”.

Publika.az xəbər verir ki, bu haqda Kanadanın xüsusi xidməti CSIS-in ekspertlərinə istinadən Polşanın “Gazeta Wyborcza” qəzeti bildirib.

Hesabatın müəllifləri belə nəticəyə gəliblər ki, prezident Vladimir Putinin mövqeyi dəyişməz qalır: “O, xaricdə öz təsirini genişləndirməyə və ekspansiya siyasətini həyata keçirməkdə qərarlıdır”.

CSIS-də hesab edirlər ki, Moskva yeni hərbi cəbhə açacaq və öz iştirakını gizlətməyəcək. Kanada ekspertləri bildirirlər ki, Rusiyaya qarşı artıq iki ildir qüvvədə olan sanksiyalar Moskvanın Qərb barəsində siyasətinə təsir etməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm