Almaniyadan Ərdoğana pis xəbər – rədd etdilər
Bizi izləyin

Dünya

Almaniyadan Ərdoğana pis xəbər – rədd etdilər

Avropanın ən böyük media qurumlarından biri olan “Axel Springer” konserninin rəhbəri Matias Döpfner barəsində iddia qaldıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana pis xəbər gəlib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Almaniya məhkəməsi iddianı rədd edib.

Ərdoğan ötən ayın əvvəlində Döpfneri komediya ustası Jan Böhmermanın “Ərdoğan şeiri”nə dəstək verdiyi üçün məhkəməyə vermişdi.

Jan Böhmerman martın 31-də "Neo Magazin Royale" verilişində Türkiyə dövlət başçısının ünvanına təhqiramiz şeir oxuyub. Döpfner isə satirikə açıq məktub yazaraq səsləndirdiyi şeiri "müvəffəqiyyətli" hesab etdiyini bildirib və güldüyünü deyib. Döpfner onu da qeyd edib ki, şeirdə səsləndirilən qısa fikirlərə və təhqirlərə qoşulur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm