Xorvatiya ilə Serbiya tarixi bəyanata imza atıblar
Bizi izləyin

Dünya

Xorvatiya ilə Serbiya tarixi bəyanata imza atıblar

Xorvatiyanın Prezidenti Kolinda Qrabar-Kitaroviç və Serbiyanın Baş naziri Aleksandar Vuçiç Serbiyanın Subotitsa şəhərində iki ölkə arasında əlaqələrin yaxşılaşması, açıq məsələlərin müzakirəsi ilə bağlı bəyanata imza atıblar.

Bəyanatın əsas məqsədi xorvat və serb azlıqların müdafiəsinə yönəlib. Eyni zamanda, iki ölkə arasında beynəlxalq hüquqa əsaslanaraq sərhəd zolağının müəyyənləşməsi üçün dövlət komissiyaları arasında danışıqların başlanması nəzərdə tutulur. Miqrasiya böhranı və terrorizmlə mübarizə istiqamətində fəaliyyətin əlaqələndirilməsi də bəyanatda qeyd edilib.

Hər iki tərəf imzalanan sənədi tarixi sənəd adlandırırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm