Sarkozi: “Türkiyə ilə əməkdaşlıq vacibdir”
Bizi izləyin

Dünya

Sarkozi: “Türkiyə ilə əməkdaşlıq vacibdir”

Fransanın keçmiş prezidenti, hazırda ölkədəki ana müxalifət partiyasının lideri Nikola Sarkozi Türkiyənin Avropa Birliyinə üzv olmasına qarşı olduğunu bəyan edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sabiq prezident N.Sarkozi Berlində keçirilən tədbirdə deyib ki, Avropa Birliyi Türkiyə ilə yalnız üzvlükdən kənar əməkdaşlıq etməlidir:

“Doğrudur, Türkiyə böyük mədəniyyətə, tarixə sahib olan dövlətdir. Bizim Türkiyə ilə əməkdaşlıq etməyimiz vacibdir. Ancaq Türkiyə Avropa Birliyinə uyğun dövlət deyil. Ona görə də Türkiyənin Avropa Birliyinə üzv olmasına qarşıyam. Türkiyə ilə Avropa Birliyi ancaq üzvlükdən kənar əlaqələr qurmalıdır. Mən Avropadan kənarda yeni bir ittifaqın qurulmasının və qurumda Türkiyənin, Rusiyanın və Avropa Birliyinin yer almasının tərəfdarıyam”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm