CHP-çi sədrin AKP-çi qızı: Türkiyə seçkilərində maraqlı məqamlar
Bizi izləyin

Dünya

CHP-çi sədrin AKP-çi qızı: Türkiyə seçkilərində maraqlı məqamlar

CHP-çi sədrin AKP-çi qızı: Türkiyə seçkilərində maraqlı məqamlar


Türkiyədə keçirilən son bələdiyyə seçkiləri qalmaqallarla yanaşı, maraqlı hadisələrlə də yadda qaldı. Bunlardan ən maraqlısı isə CHP-çi sədrin AKP-çi qızının hakim partiyadan bələdiyyə başqanı seçilməsidir.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Elazığ vilayətinin Keban qəsəbəsində bələdiyyə başqanı seçilən 51 yaşlı AKP-çi Fethiye Atlı 34 il öncə qəsəbədə bələdiyyə başqanı olmuş CHP-li atanın qızıdır.

F. Atlı “onun bayrağını mən götürdüm və irəliyə doğru aparacam” deyir. Ən diqqətçəkən məqam isə yerimə qüsuru olan həyat yoldaşı Bekir Atlının seçkilər boyunca onun ən yaxın dəstəkçisi olmasıdır.

F. Atlı 715 səslə ən yaxın rəqibini 900 səslə geridə qoyub. Onun xırda ticarətçi atası CHP-çi Timur Atlı 1977-ci ildə bu qəsəbədə bələdiyyə başqanı seçilib, lakin 3 il sonra 1980-ci il çevrilişində vəzifədən uzaqlaşıb. 1993-cü ildə isə Timur Atlı ürək tutmasından vəfat edib.

F. Atlı atası haqqında belə deyir: “Atam 1980-ci ildə vəzifəsindən çıxarıldı. Onun layihələri və xəyalları var idi. Mənə danışardı bunlar haqqında. Bizim Kebanda Seftil təpəmiz var. Atam istəyirdi ki, Seftil təpəsində bir hotel, restoran düzəltsin, aşağıdan da ora bir kanat çəksin. Bundan başqa balıq və konservə fabriki quracağını deyirdi. Ona nəsib olmadı, amma o çox uzaq görən adam idi. Hazırda Kebanda bir balıq və konserv zavodu var. Həm də şüşə fabriki quracağımızı deyirdi. Onun bayrağını indi mən aldım, inşallah irəliyə doğru aparacam”.

F. Atlı qeyd edib ki, atasının bələdiyyə sədri seçildiyi dövrlərdə bölgədə CHP-nin alternativi olmayıb. Onun sözlərinə görə, atası da Demokratik partiyasından CHP-yə keçibmiş: “Nəyəsə hirslənib bu addımı atmışdı. Uzun illər də CHP-də oldu. Amma Turqut Özal vəfat edəndə çox ağlamışdı, onu sevirdi”.

AKP-çi bələdiyyə sədri bildirib ki, Keban xalqı uzun illərdir iqtidarla qovuşmayıb, lakin bundan sonra iqtidarın nemətlərindən faydalanacaq.
F. Atlı 12 il öncə qohumu Bekir Atlı ilə ailə qurub. Uşaqlığında keçirdiyi xəstəliyə görə yeriyə bilməyən B. Atlı F. Atlının ən böyük dəstəkçisidir. Uşaqları olmayan cütlük xoşbəxt ailələrinin olduğunu deyirlər.

B. Atlı bələdiyyə başqanı seçilmiş həyat yoldaşı haqqında “Bəzi radikal qərarları vardır. Lakin mərhəmətlidir, çalışqandır, ölkədə nələrsə etməyi çox arzu edir. İnşallah buna nail olar” deyə bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm