“Amanos cəlladları”na 1500 il həbs cəzası verildi
Bizi izləyin

Dünya

“Amanos cəlladları”na 1500 il həbs cəzası verildi

Türkiyənin Hatay vilayətinin Amanos dağlarında həyata keçirilən hücumlarda 10 əsgər və 4 polisi şəhid edən 9 PKK-çının cəzaları məlum olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İskəndərun 2-ci Kriminal Məhkəməsində mühakimə olunan 9 terrorçuya (“Amanos cəlladları”) ümumilikdə 26 ağırlaşdırılmış ömürlük azadlıqdan məhrum etmə və 1500 illik həbs cəzası verilib.

Qeyd edək ki, PKK-çılar 2009 və 2010-cu illərdə Hatay vilayətinin Dörtyol mahalı və İskəndərun şəhərinlərinə həyata keçirdiyi hücumlarda 10 əsgər və 4 polisi şəhid etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm