Qafqaz uğrunda Rusiya-NATO müharibəsi: “Bir ay qaldı”
Bizi izləyin

Dünya

Qafqaz uğrunda Rusiya-NATO müharibəsi: “Bir ay qaldı”

“Rusiyanın Hava hücumuna qarşı müdafiə sahəsində Ermənistanla imzaladığı saziş Qara dənizdə NATO-ya qarşı hazırlanan geniş planın bir hissəsidir”.

Publika.az xəbər verir ki, bun barədə “The National İnterest” nəşri yazıb.

Nəşr qeyd edir ki, Rusiya NATO-nun Şərq istiqamətində genişlənməsinin qarşısını almaq məsələsinə köklənib.

“Rusiya Ermənistanla birgə hava hücumuna qarşı müdafiə sahəsində regional sistemin yaradılmasına başladı. Bu, Şimal Alyansının Qara dənizdə fəallığına cavabdır. Rusiya bu sazişlə Cənub hərbi dairəsinin operativ-strateji komandanlığını qurur. Bu strategiya “Qara dəniz regionunda qadağan olunmuş zona (A2/AD)” adlanır. Bu strategiyaya zenit və gəmi əleyhinə silahın potensial tətbiqi aiddir və hədəf NATO-nun müttəfiqlərinin ərazilərində möhkəmlənməsinə mane olmaqdır. Burada söhbət Gürcüstanın avroatlantik məkana birləşmə cəhdindən gedir. Bu kontekstdə Rusiya Ermənistanı hərbi fəaliyyətə cəlb etməyə çalışır. Hava hücumundan müdafiənin birləşdirilməsi sisteminə “xüsusi region” statusu veriləcək və bu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nəzarətində olacaq. Beləliklə, Rusiya Cənubi Qafqazın hava məkanına nəzarəti ələ keçirəcək. Bu, hər şeydən öncə Tiflis üçün qorxulu gələcək deməkdir”, - deyə nəşr yazıb.

Nəşr qeyd edib ki, Ermənistan parlamenti NATO-nun gələn ay Varşavada keçiriləcək sammitinə qədər Rusiya ilə imzalanan sazişi ratifikasiya edəcək: “Şimal Alyans bu təhlükələri hiss edir və Varşava sammitində bu məsələlər müzakirə olunacaq. Gözləniləndir ki, NATO buna qarşı öz planını formalaşdıracaq”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm