Dənizdə yeni təhlükə: ətyeyən bakteriyalar - FOTO
Bizi izləyin

Dünya

Dənizdə yeni təhlükə: ətyeyən bakteriyalar - FOTO

ABŞ-ın Texas ştatında Brayn Parrot adlı şəxs ayaqlarını bir neçə dəqiqəlik okean suyunda saxlayandan sonra başına fəlakət gəlib.

Axar.az xəbər verir ki, bu hadisədən iki gün sonra onun ayağı çürüməyə başlayıb. Həkimlər onun ayağının ətyeyən bakteriyalara görə bu vəziyyətə düşdüyünü aşkar ediblər. Şiddətli ağrılarla xəstəxanaya çatdırılan Parrotu xilas etmək üçün onun ayağını kəsmək məcburiyyətində qalıblar.

Əməliyyatı həyata keçirən həkimlər Vibro adlanan bu bakteriyanın onun ayağındakı kiçik bir yaradan bədənə daxil olduğunu deyiblər və bədənində yara olanlara dənizə, okeana, gölə girməməyi məsləhət görüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm