Böyük ​Britaniya Avropa İttifaqına "YOX" dedi
Bizi izləyin

Dünya

Böyük ​Britaniya Avropa İttifaqına "YOX" dedi

Ötən gün Böyük Britaniyada keçirilən Avropa Birliyində qalıb-qalmamaqla bağlı referendumun nəticələri açıqlanıb.

Publika.az BBC-yə istinadən xəbər verir ki, nəticələrə əsasən 16 milyon 784 min insan Böyük Britaniyanın Avropa Birliyindən (AB) çıxmasına səs verib. Bu isə kifayət edir ki, Böyük Britaniya AB-nin üzvlüyendən çıxsın.

Ölkə üzrə 382 dairədən 175-nin nəticələrinə əsasən, seçicilərin 51,3 faizi Birləşmiş Krallığın Avropa İttifaqından çıxmasının tərəfdarıdır. Ölkənin Aİ-də qalmasını istəyənlər isə 48,7 faiz təşkil edir.

Bununla da Böyük Britaniya Avropa Birliyindən ilk ayrılan ölkə kimi tarixə düşəcək.

Referendumun nəticələrinə görə, Böyük Britaniya əhalisi İngiltərə və Uelsin Avropa Birliyini tərk etməsinə, Şotlandiya və Şimali İrlandiyanın isə təşkilatda qalmasına səs verib. Həmçinin Uels əhalisinin 55 faizi Avropa Birliyindən ayrılmağa tərəfdar olub. Şotlandiyada isə seçicilərin 62 faizi birlikdə qalmağı, 38 faizi isə ayrılmağa səs veriblər.

Referendumda “İngiltərənin kaloniyası” hesab olunan Cəbəllütariq seçicilərinin 83,5 faizi iştirak edib. Onlardan 19 min 322 seçici Avropa Birliyində qalmağı, 823 seçici isə ayrılmağı istəyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm