Ankaradan referendum şərhi: “Dağılma prosesi başladı”
Bizi izləyin

Dünya

Ankaradan referendum şərhi: “Dağılma prosesi başladı”

Rəsmi Ankara Böyük Britaniyada dünən keçirilən referendumun nəticələrini şərh edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazirin köməkçisi Nurəddin Canikli Avropa Birliyində dağılma prosesinin başlandığını deyib.

“Avropa Birliyinin dağılma prosesi başlandı, gəmini ilk tərk edən İngiltərə oldu”, - baş nazirin köməkçisi “Twitter” hesabında yazıb.

Qeyd edək ki, dünən keçirilən referendumda britaniyalıların 52 faizi Britaniyanın Avropa Birliyindən çıxmasına səs verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm