Ən çox intihar edən millət hansıdır?
Bizi izləyin

Dünya

Ən çox intihar edən millət hansıdır?

Ən çox intihar edən millət hansıdır?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləri arasında ən çox intihar edən millət Cənubi Koreya hesab olunur və hər gün 40 koreyalı intihara əl atır. Gənclər arasında bir nömrəli ölüm səbəbi intihardır. Bir çox inkişaf etmiş ölkələrdə intihar hallarının sayı azalsa da Cənubi Koreyada intihar halları getdikcə artır.

Cənubi Koreyada intihardan sonra ikinci yerdə avtomobil qəzaları gəlir. İndiki dövrdə ölkənin yarıdan çoxu intihar haqda düşünür.

Tədqiqatçıların fikrincə, intihar hallarının sayının artması tədris zamanı tələbələrin həddindən artıq təzyiqlə üzləşməsidir. Əsas universitetlərdə oxumaq üçün gün ərzində 12 saatdan çox oxumalısan.

İmtahan günlərinin birində cənubi koreyalılardan biri “Twitter” səhifəsində qeyd edib: “ Kollecdə oxumaq üçün keçirilən buraxılış imtahanında iştirak edəcək koreyalı tələbələrin həyatı və mühafizəsi üçün dua edin. İmtahandan sonra bir çox intiharlar baş verir.”

Cənubi Koreyada bəziləri güman edir ki, koreyalıların intihara əl atmaları xarici görkəmləri səbəb olur. İddia olunur ki, cənubi koreyalılar cərrahiyyə əməliyyatı olmadan özlərini kifir hesab etdiklərindən cəmiyyətdə bir sıra problemlərlə üzləşir. Koreya gənclərinin özlərinə olan inamı aşağı düşdüyünə görə çıxış yolunu intiharda görürlər.

Dövlət ölkədə tüğyan edən intiharla mübarizə aparır. 2012-ci ildə intihar etmək üçün istifadə olunan Qramokson dərmanının satışı qadağan edilib. Dərman qadağasından sonra cənubi koreyalılar intihar etmək üçün damarları kəsməyə başladılar. İntihar üsulu kimi hətta paytaxt Seulda yerləşən Mapo körpüsündən özünü atanlar da var.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm