Osmanlı nəvəsindən Avropaya zərbə - Kameronun yerinə keçir
Bizi izləyin

Dünya

Osmanlı nəvəsindən Avropaya zərbə - Kameronun yerinə keçir

İngiltərədə 2005-ci ildən Mühafizəkarlar Partiyasının lideri olan və bu müddətdə iki dəfə parlament seçkilərində qələbə qazanan baş nazir Devid Kameronun mümkün varislərinin adı çəkilir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kameronu əvəzləyəcək namizədlər arasında Londonun keçmiş bələdiyyə başçısı Boris Consonun adı çəkilir.

Məlumata görə, Conson və Kameron uzun illərin yol yoldaşı idi. Ancaq referendum kampaniyasında Kamerona ən böyük zərbəni vuran şəxslərdən biri Conson olub.

Boris Conson Osmanlı imperiyasının son daxili işlər naziri Əli Kamalın nəvəsi Stanley Consonun oğludur. Atası oğlundan fərqli olaraq Böyük Britaniyanın Avropa Birliyində qalması üçün kampaniya aparırdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm