Ştaynmayer: "Avropa ölkələri Böyük Britaniyadan qisas almamalıdır"
Bizi izləyin

Dünya

Ştaynmayer: "Avropa ölkələri Böyük Britaniyadan qisas almamalıdır"

Məlum referendumdan sonra Avropa ölkələri Böyük Britaniyadan qisas almamalıdır.

«Reuters» xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib.

“Avropa ölkələri Böyük Britaniyadan necə qisas almağı düşünməməlidir. İttifaqda qalan 27 ölkə diqqətlərini təhlükəsizlik, miqrasiya, iqtisadi artım və gənclər arasında işsizliklə mübarizəyə yönəltməlidirlər”, deyə F-V.Ştaynmayer bildirib.

Qeyd edək ki, dünən Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52 faizi Böyük Britaniyanın Aİ-dən çıxmasına səs verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm