• USD 1,7000 0,00% EUR 2,0154 +0,29%
    • GBP 2,3675 +0,38% RUB 0,0231 0,00%

Misir-PKK əlaqələrinin detalları: Türkiyə kəşfiyyatı hərəkətə keçdi

  • Dünya
  • 27 İyun 2016 10:18
  • 1 330 Baxış
Misir-PKK əlaqələrinin detalları: Türkiyə kəşfiyyatı hərəkətə keçdi

Türkiyə kəşfiyyatı Misirdə Sisi hakimiyyətinin PKK ilə yaxın əlaqələrə malik olduğuna dair faktları ortaya çıxarıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kəşfiyyat orqanlarının bununla bağlı hazırladığı hesabatda deyilir: “Misir ilə PKK arasında ilk təmas İraq Mərkəzi Hökumətinin vasitəçiliyi ilə başladı. Ötən ilin dekabr ayının ortalarında PKK-nın 6 nəfərlik heyəti Bağdaddakı Misir səfirliyindən aldığı viza ilə Qahirəyə getdi. Dekabr ayında gerçəkləşən ilk təmasda qısa zaman sonra yenidən Qahirəyə gəlmək haqda qərar verildi. 2016-cı ilin yanvarında PKK heyəti Qahirəyə gələrək Misir Kəşfiyyat Xidmətinin bəzi yüksək vəzifəli şəxsləri ilə görüşdü. Misir ilk dəfə bu görüşdə PKK-ya dəstək ola biləcəyi mesajını verdi. Bu görüşdən sonra Misir PKK-ya müəyyən miqdar silah və pul da verdi”.

Hesabatda Misirə gedən PKK-çıların adı da açıqlanır.

Demgat Agit kod adlı Seyithan Ayaz, Aldar kod adlı Velid Halil. Heyət ümumilikdə 7 nəfər olub. Digərlərinin adları açıqlanmayıb. Yalnın birinin kod adının Azad olduğu ortaya çıxıb.

Hesabatda PYD-nin (PKK-nın Suriya qolu) Qahirədə təmsilçilik açmasına yaşıl işıq yandırıldığı deyilir.

“Son görüşdə Sisi hakimiyyəti PKK-dan Türkiyədə Misirli İhvan (Müsəlman Qardaşları) təşkilatı haqda məlumat toplamasını, lazım olanda təşkilat üzvlərini aradan götürməsini istəyib. Əvəzində PYD-nin Qahirədə nümayəndəliyi açılır, həmçinin Misir terror təşkilatına pul və silah yardımı edir”, - deyə kəşfiyyat hesabatında diqqətə çatdırılır.

Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR