Güclü partlayış – yaralılar var
Bizi izləyin

Dünya

Güclü partlayış – yaralılar var

Türkiyənin Diyarbəkr vilayətinin Dicle mahalında polis avtomobilinin keçdiyi vaxt partlayış törədilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım qrupları cəlb edilib.

Hadisə nəticəsində 2-i polis və 6-sı mülki şəxs olmaqla 8 nəfər yaralanıb. Partlayışın baş verdiyi əraziyə giriş-çıxışlar bağlanıb, bölgədə əməliyyat başlanıb.

Partlayışa səbəbin bomba yüklü avtomobilin, yaxud da əl istehsallı bombanın olduğu araşdırılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm