• USD 1,7000 0,00% EUR 2,0193 0,00%
    • GBP 2,3709 0,00% RUB 0,0232 0,00%

Rus gözəlləri Türkiyəyə qayıdır – FOTOLAR

  • Dünya
  • 28 İyun 2016 18:52
  • 1 290 Baxış
Rus gözəlləri Türkiyəyə qayıdır – FOTOLAR

“Rusiya ilə Türkiyə arasında siyasi razılaşma əldə edilən kimi, türk inşaat şirkətlərinə qarşı tətbiq edilən məhdudiyyətlər aradan qaldırılacaq”.

Publika.az xəbər verir ki, bunu “TASS” informasiya agentliyinə müsahibəsində Rusiyanın inşaat və kommunal xidmətlər naziri Mixail Men bildirib.

Rus nazir deyib ki, bu addımın atılması siyasi konyunkturaya bağlı olan məsələdir:

“Əgər biz bu istiqamətdə siyasi təlimat verilsə, yaxın keçmişdə Türkiyənin inşaat şirkətləri ilə olan əməkdaşlığı davam etdirəcəyik”.

Rusiya baş nazirinin müavini Olqa Golodets isə bildirib ki, Türkiyəyə turist göndərilməsi məsələsinə yenidən baxıla bilər: “Türkiyəyə turist turlarının təşkili hələlik bərpa edilməyib. Ancaq bu, yaxın vaxtlarda mümkün ola bilər. Hazırda biz daha çox daxili turlara üstünlük veririk”.

Xatırladaq ki, Türkiyə ilə Rusiya arasında böhran baş verməmişdən əvvəl iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 31 milyard dolları keçmişdi.

Eyni zamanda hər il Rusiyadan Türkiyəyə 4,4 milyona yaxın turist gəlirdi. Rusiya əhalisi arasında Türkiyə turizmi hazırda da populyarlıq təşkil edir.

Vasif Həsənli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR