Əsədin əmisi barəsində cinayət işi açıldı
Bizi izləyin

Dünya

Əsədin əmisi barəsində cinayət işi açıldı

Fransada Suriya prezidenti Bəşər Əsədin əmisi Rifat Əsəd barəsində cinayət işi açılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Rifat Əsəd dövlətə aid fondlardan sui-istifadə etməkdə və çirkli pulların yuyulmasında ittiham edilir.

Fransada maliyyə cinayətlərini araşdıran "Sherpa" araşdırmalar mərkəzi ittihamda göstərilən məbləğin 100 milyon avro həcmində olduğunu bildirib.

Rifat Əsəd qardaşı Hafiz Əsədin hakimiyyəti dövründə - 1982-ci ildə baş verən Hama qətliamının əsas təşkilatçılarından biri kimi tanınır. Beynəlxalq Əfv Təşkilatının məlumatında bildirilir ki, 10 mindən 25 minə qədər vətəndaşın həyatını itirdiyi qətliama görə rejimin ikinci adamı və dövrün Baş qərargah başçısı olan Rifat Əsəd məsuliyyət daşıyır.

Hama qətliamından 2 il sonra isə Rifat Əsəd qardaşını devirməyə cəhd etmiş və buna görə Suriyadan sürgün edilmişdi.

Hazırda 77 yaşında olan Rifat Əsədin Paris, London və Marbella şəhərlərində malikanələri var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm