Türkiyədə son 10 ilin qanlı STATİSTİKASI - VİDEO
Bizi izləyin

Dünya

Türkiyədə son 10 ilin qanlı STATİSTİKASI - VİDEO

Türkiyə daha bir qanlı terror aktını yaşadı. İstanbul Atatürk Hava Limanında törədilən terror aktında 42 nəfər həyatını itirdi, 239-u yaralandı. Lakin, bu son 10 ilin ilk genişmiqyaslı terror aktı deyil.

Publika.az xarici mediaya istinadən Türkiyədə 2006-2016-cı illərdə törədilən ən genişmiqyaslı terror aktlarının siyahısını təqdim edir.

7 iyun 2016-cı il. Polislərin olduğu avtomobil ictimai nəqliyyat dayanacağının yaxınlığından keçərkən güclü partlayış törədilib. Nəticədə yeddisi polis olmaqla 11 nəfər həlak olub, 36 insan yaralanıb.

10 oktyabr 2015-ci il. İki kamikadze kürdlər və solçu fəalların Ankarada nümayişi zamanı özlərini partladıb. Ən azı 102 nəfər həlak olub, 248-i yaralanıb.

20 iyul 2015-ci il. Suriyanın Kobani şəhərinə dəstək üçün Suruc şəhərində keçirilən aksiyada bomba partladılıb. Hadisə nəticəsində 33 nəfər həlak olub, 104-ü yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

6 yanvar 2015-ci il. Hamilə terrorçu kamikadze İstanbulun tarixi hissəsində özünü partlatdı. Türkiyə hüquq-mühafizə orqanlarının məlumatına görə, terror aktı Rusiya vətəndaşı Diana Ramazova tərəfindən törədilib. Polis əməkdaşı hücumun qurbanı oldu.

11 may 2013-cü il. Türkiyə-Suriya sərhədində yerləşən Reyhanlı şəhərində iki minalanmış avtomobil partladıldı. Ən azı 51 insan həlak oldu, 140-ı yaralandı. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürmədi.

11 fevral 2013-cü il. Bab əl-Hava sərhəd-keçid məntəqəsində minalanmış avtomobilin partladılması nəticəsində 13 nəfər həlak oldu, 28-si yaralandı.

20 avqust 2012-ci il. Qaziantep şəhərində törədilən partlayışlar 10 nəfərin həyatına son qoydu, 64-dən çoxu yaralandı.

20 sentyabr 2011-ci il. Minalanmış avtomobilin partladılması nəticəsində Ankarada dörd nəfər həlak oldu, 15-i yaralandı. Hücuma görə məsuliyyəti kürd separatçıları üzərinə götürdülər.

31 oktyabr 2010-cu il. Kamikadze özünü İstanbulun Taksim meydanında partlatdı. Nəticədə 15-i polis olmaqla 32 nəfər zərər çəkdi.

27 iyul 2008-ci il. İstanbulda törədilən terror aktı nəticəsində ən azı 17 nəfər həlak oldu, 150-si yaralandı.

9 iyul 2008-ci il. İstanbulda ABŞ-ın Baş konsulluğuna hücum təşkil edilib. Hadisə nəticəsində 3 polis həlak olub, 3 terrorçu öldürülüb.

12 sentyabr 2006-cı il. Diyarbəkrdə bombanın partladılması nəticəsində 8-i uşaq olmaqla 10 nəfər həlak oldu.

25 iyun 2006-cı il. Kurort şəhəri Antalyada terror aktı törədildi. Nəticədə 4 nəfər həlak oldu, 28-i yaralandı. Hücuma görə məsuliyyəti PKK terrorçuları öz üzərinə götürdülər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm