İstanbulu qana boyayan çeçenin adı açıqlandı - FOTO
Bizi izləyin

Dünya

İstanbulu qana boyayan çeçenin adı açıqlandı - FOTO

İstanbulun Atatürk Hava Limanında terror aktını törədən üç kamikadzedən birinin şəxsiyyəti müəyyən edilib.

Publika.az “Haberturk” saytına istinadən xəbər verir ki, kamikadzelərdən biri çeçen əsilli Rusiya vətəndaşı Osman Vadinovdur.

Onların Türkiyəyə 32 gün əvvəl İŞİD-in “paytaxtı” Rakka şəhərindən göndərildiyi bildirilir. Terrorçular İstanbulun Fatih Horhor səmtində çoxmərtəbəli binada mənzil kirayələyib.

Qeyd edək ki, iyunun 29-u axşam saatlarında Atatürk Hava Limanında törədilən terror aktında 42 nəfər həlak olub, 239-u yaralanıb. Hücuma görə hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. Lakin Türkiyə hakimiyyəti iddia edir ki, terror aktında İŞİD-ə aid elementlər var.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm