“Aeroportdakı terror aktını İŞİD-in lideri planlaşdırıb”
Bizi izləyin

Dünya

“Aeroportdakı terror aktını İŞİD-in lideri planlaşdırıb”

İŞİD terror qruplaşmasının başçıları İstanbul Atatürk Hava Limanında törədilən terror aktının planlaşdırılmasında iştirak ediblər.

Publika.az xəbər verir ki, bu haqda Amerikanın CNN telekanalı bildirib.

“Türkiyə hakimiyyətində olan mənbələrin məlumatına görə, inandırıcı sübutlar var ki, hava limanına hücum edən şəxslər Suriyada İŞİD-in dayaq məntəqəsi olan Rakka şəhərindən gəliblər və qruplaşmanın lider heyəti terror aktının planlaşdırılmasında iştirak ediblər”, - kanalın xəbərində deyilir.

Son məlumatlara görə, iyunun 28-də törədilən terror aktında 43 nəfər həlak olub, təxminən 240 nəfər yaralanıb. Türkiyənin Daxili İşlər Nazirliyinin başçısı Efkan Ala bildirib ki, hücuma iştirakda şübhəli bilinən 13 nəfər saxlanılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm