İstanbul terroruna görə 11 nəfər saxlanıldı
Bizi izləyin

Dünya

İstanbul terroruna görə 11 nəfər saxlanıldı

İyunun 28-də İstanbulun Atatürk hava limanında törədilən qanlı terror aktı ilə əlaqədar 11 nəfər şübhəli saxlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şübhəlilər Türkiyənin Terrorla Mübarizə Polis İdarəsinin İŞİD-ə qarşı keçirdiyi əməliyyat nəticəsində tutulublar.

Saxlanılan şübhəlilərdən biri rus olmaqla hamısı əcnəbi vətəndaşlardır. Saxlanılan rus şübhəli isə binanın 4-cü mərtəbəsindən atlanıb qaçan zaman tutulub. Onun İŞİD terror təşkilatının üzvü olduğu dəqiqləşib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm