Putin və Ərdoğan Soçidə görüşə bilər
Bizi izləyin

Dünya

Putin və Ərdoğan Soçidə görüşə bilər

Rusiya prezidenti Vladimir Putin avqustda ayında Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə bilər.

Publika.az xəbər verir ki, bu haqda Rusiyanın “Kommersant” nəşri yazır.

Nəşr həmçinin istisna etmir ki, görüş daha əvvəl də baş tuta bilər. Bu, iki ölkənin xarici işlər nazirləri – Mövlud Çavuşoğlu və Sergey Lavrovun bu gün Soçidə keçirəcəyi görüşdə razılaşmasından asılıdır.

Daha əvvəl yayılan məlumata görə, iki liderin təkbətək görüşü bu ilin sentyabr ayında Çində keçiriləcək G20 sammitində baş tuta bilər. Bu haqda iyunun 29-da Ərdoğan Putinlə telefon söhbətindən sonra bildirib. Lakin Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bu informasiyanı təsdiq etməyib. Onun sözlərinə görə, görüşün yeri və vaxtı diplomatik kanallar üzrə uyğunlaşdırılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm