Dünya
Krım tatarlarından Ankaraya çağırış
Krımdakı Rusiya işğalına boyun əyən tatarlar Türkiyəni Krım üzrə mövqeyini təkrar gözdən keçirməyə və yarımadanı Rusiyanın bir hissəsi kimi tanımağa çağırıblar.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu çağırışı yarımada ərazisində Krım tatarlarının ən böyük birləşmələrindən biri olan “Krım” hərəkatının başçısı Remzi İlyasov səsləndirib.
“Krımlıların seçiminə hörmət etmək lazımdır. Türkiyə Krımla bağlı mövqeyini təkrar gözdən keçirməli və yarımadanın Rusiyaya birləşməsini tanımalıdır”, - İlyasov deyib.
Onun fikrincə, Krım yarımadasının Rusiyanın hissəsi kimi tanınması Qara dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsinə imkan verəcək. İlyasovun sözlərinə görə, Krım tatarları Rusiya və Türkiyə arasında dostluq körpüsü olmağa hazırdır.
Qeyd edək ki, özünü Krım tatarlarının əsas təmsilçisi hesab edən Krım Tatar Məclisinin fəaliyyəti Rusiya, o cümlədən Krım ərazisində qadağan edilib. Məclis Krım məhkəməsi tərəfindən ekstremist təşkilat kimi tanınıb.
Ömər Dağlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK